Android telefonu sürətləndirmək üçün nə etməli? | 6 üsulla performansı artır

 

Hətta ən yaxşı android telefonu belə bir neçə ildən sonra yavaşlaya və dona bilir. Və təzə telefona keçmək heç də hər zaman mümkün olmur.
Xoşbəxtlikdən, telefonu donmadan xilas etmək və sürətini artırmaq üçün edə biləcəyimiz bir neçə yol var. 
Bu məqalədə telefonu sürətləndirmək üçün  6 effektiv üsulu birlikdə öyrənmiş olacağıq.

Android telefonu sürətləndirmək üçün nə etməli? |  6 üsulla performansı artır telefonu suretlendirmek

Android telefonu sürətləndirməyin əsas yolları:

 
1) Telefonu yenidən başladın

Telefonu yenidən başlatmaq  sürəti artıran  ən sadə və effektiv yollardan biridir. Bununla  arxa fonda işləyən və  telefonu ləngidən proqramlar bağlanır və performans artımı müşahidə olunur. Eyniylə, kompüterdə olduğu kimi… Bu üsul, xüsusilə də 3GB, 4GB və daha az RAM-a sahib telefonların sürətini artırmağa imkan verir.


2) Yaddaşda yer boşaldın 

Tətbiqlərin və oyunların ölçüsü və hətta onların yeniləmələri günü-gündən artır. Çox güman ki, yaddaşın dolu olması problemi ilə qarşılaşırsınız. Yaddaşda mümkün qədər  boş yer saxlamağa çalışın. İstifadə edilməmiş yaddaşınızı 20%-ə yaxın saxlasanız, yaddaşla bağlı heç bir performans problemi yaşamayacaqsınız.

  • Android telefonunda yaddaş artırmağın yolları:
  • İstifadə etmədiyiniz proqramları silin.
  • Yedəklənmiş fotoşəkilləri silin.
  • Dublikat faylları, köhnə yükləmələri silin.
  • Proqramların kəşini silin.
  • Yaddaş təmizləyici proqram endirin.
  • Videoları bulud sistemlərinə və ya kompüterə yedəkləyin.


3) Proqramların Lite versiyalarından istifadə edin

Android ƏS-nin gözəl cəhətlərindən biri odur ki, hər telefonda quraşdırılmış proqramların  Lite versiyaları var. Məhdud “RAM”aı və yaddaşa malik köhnə versiyalı Android telefonları üçün proqramların Lite və ya Go versiyaları (Google proqramları) mövcuddur.

Lite tətbiqlərinin əsas üstünlüyü; onlar daha kiçik ölçülüdür və daha az enerjidən istifadə edirlər. Google Maps, Twitter, Facebook, Spotify və daha bir çox populyar proqramların Lite versiyasını Google Play-də tapa bilərsiniz.


4) Animasiya və effektləri deaktiv edin.

Hərəkətli animasiya və effektlər təkcə sürəti azaltmır, həm də batareyanın tez tükənməsinə səbəb olur. Əgər sizing üçün sürət görünüşdən daha önəmlidirsə, bu üsulu seçə bilərsiz.


5) Zavod ayarlarına qaytarın

Zavod parametrlərinə geri  qaytarmaq telefonu sürətləndirmək üçün edə biləcəyiniz ən effektli üsuldur,  Ancaq bilin ki,  bu proseslə telefonunuz ilkin vəziyyətinə qayıdacaq və bütün məlumatlarınız silinəcək.

Telefonunuza format atmazdan öncə hər şeyi yedəklədiyinizə əmin olun. Telefonu sıfırladıqdan sonra yalnız sizə lazım olacaq proqramları quraşdırın.

 6) Əsas ekranı minimalist edin.

Əsas ekranınızdakı  vidjetlər, canlı divar kağızları və digər dinamik elementlər təkcə telefonunuzun işinə təsir etmir, həm də batareya sərfiyyatını artırır. Bu, xüsusilə vaxtaşırı yenilənən vidjetlərə aiddir. Əsas ekranınızdakı Google axtarış paneli də çoxlu enerji sərf edir.

Sadə və minimalist ekran həm sürətə, həm batareyaya müsbət təsir göstərəcəkdir.

 

Onu da bidirək ki, yeni telefon alarkən donma problemləri yaşamaq istəmirsizsə bu detallara diqqət edin:

  • Min. 6GB “RAM”
  • Ən son android versiyası
  • 64GB-dan az olmayan daxili yaddaş
  • Güclü prosessor

 

 

0 şərh